Paytaxtda 44 yaşlı kişi özünü asdı

Bakıda intihar hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Əmircan qəsəbəsi A.Rzayev küçəsindəki evlərin birinin həyətində qeydə alınıb.
Həmin ünvanda yaşayan 44 yaşlı Rövşən Süleymanov həyətdə özünü asaraq intihar edib. 
Faktla bağlı araşdırma aparılır.