Deputatdan maraqlı təklif : Tələbələr Qarabağda pul istəmədən işləyə bilərlər

 Deputat tələbə inşaat dəstələrinin yaradılmasını təklif edib.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib ki, Azərbaycan gəncləri gedib Qarabağda işləməlidirlər: "Bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olub. Bu gənclər indi də o tikinti işlərində iştirak edə bilərlər. Bütün tələbələr oraya könüllü gedib, o işlərdə iştirak edə bilərlər. Onlar pul da istəməyəcəklər. Qarabağda müharibəyə gedənlər pulla gedirdilər?"
"Ağdamda bu gün böyük işlər görülür, şəhər bərpa olunur. Bu işlər bütün Qarabağda görülür", - deyə deputat əlavə edib.
Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclası keçirilir. İclasın gündəliyinə 19 məsələ daxil edilib.