Azərbaycan, Fransa, Ermənistan liderləri və Aİ Şurası Prezidentinin iştirakı ilə videoformatda görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Görüş Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutub.