Zelenskinin çıxışının siyasi TƏRCÜMƏSİ:"Rusiyanın "danışıqlardan qaçan tərəf" obrazı..."

"Əksəriyyət Zelenskinin dünənki açıqlamalarını "çarəsizlik", "məğlubiyyət" və s. kimi izah etməyə başlayıblar.
Əvvəla, Zelenski kimi siyasi keçmişi olmayan bir şəxsin nitqinə baxmaq və müharibə dövründə böhran kommunikasiyasının idarə edilməsinə diqqət etmək kifayətdir ki, görərik qrossmeyster dəqiqliyi ilə mərhələni necə uğurla idarə etməkdədir".

"Sherg,az" xəbər verir ki, bunu beynəxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. Ekspert qeyd edib ki, bu, "baqaj" hardan gəlir sizcə, sözlərin ölçülü-biçili, təsiredici, yeri gəldikdə, Rusiyanın mövqelərini darmadağın etməkdə və Rusiyadan dəfələrlə böyük dünyada informasiya savaşını udmaqdakı xüsusi hazırlıq, NLP imkanları?
Qərbin beyin mərkəzlərindən, ordakı texnoloqlardan və xüsusi nitq, bədən dili üzrə mütəxəssislərdən:

"Bəs, dünənki ifadələrin "Putini şəxsən söhbətə çağırması"nın səbəbi nə idi?
Məğlubiyyət? Əsla! Siyasi və hüquqi məsuliyyətlə yanaşı, ictimai və mənəvi məsuliyyəti də, "danışıqlardan qaçan tərəf" obrazını da ona yükləmək məqsədi daşıyırdı, halbuki, ən yaxşı elə Volodimir bilirdi ki, Vladimir heç bir halda güzəştə getməyəcək və batan gəminin kapitanı kimi sona qədər getməyə qərarlıdır".