Azərbaycanın 5 bəndlik təklifi! - “Ermənistanın cavabı qaneedici deyil”

Ermənistanın hakim partiyası bu gün parlamentin qapalı iclasını keçirə bilər. Bu barədə  “Joxovurd” qəzetində məlumat verilib. Məlumatda iclasın əsas müzakirə mövzusunun Azərbaycanın sülh üçün təklif etdiyi beş baza prinsipi olduğu qeyd edilir.  Eyni zamanda iclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da iştirakı gözlənilir.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu barədə “Sherg.az”a danışıb:

 “Biz  Azərabycan tərəfin irəli sürdüyü 5 baza prinsipi ilə bağlı rəsmi İrəvanın cavabını hələ  həftənin əvvəli  Ermənistan Xarici İşlər Nazirliyinin timsalında eşitdik: 

“Bu  heç də qaneedici cavab olmadı. Çünki Ermənistan tərəfi 5 baza prnsipinə qarşı xalqların öz müqəddaratını təyin etmək, ATƏT-in Minsk Qrupu xətti ilə tənzimləmə və status məsələsini gündəmə gətirdi. 

Bu cavabdan məlum olur ki, rəsmi İrəvan 10 noyabr razılaşmasının yekunlarına əməl etmək niyyətində deyil”.

Ə.Əlibəylinin fikrincə, Ermənistan parlamentində belə bir iclasın keçirilməsinin əsas səbəbi rəsmi Bakı ilə razılaşmasında Nikol Paşinyanın məsuliyyəti tək başına üzərinə götürmək istəməməsidir:

 “Beynəlxalq hüquqa əsasən Ermənistan 10 noyabr razılaşması ilə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. İndi Nikol Paşinyan belə bir məsələyə imza atmaqda təkbaşına məsuliyyəti daşımaq istəmir. Bir növ bu məsuliyyəti parlamentin də üzərinə qoymağa çalışır”.

Ekspertin qənaətincə, keçiriləcək iclasda çox güman ki, Ermənistan XİN başçısı A.Mirzoyanın 5 baza prisipi ilə əlaqədar Azərbyacana verdiyi cavabla bağlı hökumətin ümumiləşmiş mövqeyini bildirəcək:

“Rəsmi İrəvandan indiki halda yekun sülhlə bağlı hansısa açıqlamanın gəlməsi o qədər də inandırıcı görünmür”.