İmza atıldı! - “Anklavlar  və sərhədlərin keçdiyi nöqtələr dəqiqləşdiriləcək”

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu yaradılacaq. Bu barədə Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamda qeyd olunub.
Belə ki, sərəncamla Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.

Yaradılacaq ekspert qrupunun öhdəliklərini beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a şərh edib. Onun sözlərinə görə, delimitasiya üzrə həlllini tapmayan məsələlər var:

“ Anklavların qaytarılması, sərhədlərin keçdiyi nöqtələrin dəqiqləşdirilməsi müəyyən edilməlidir. Tərəflərin bir-birinə qarşı qaldırdığı tarixi iddialar var. Sovet dönəmində hansı xəritələr əsasında bu münasibətlərin tənzimlənməsi mövzusu da mövcuddur. 

Bundan sonrakı təhlükəsizlik qayğılarına dair tərəflər hansı addımlar atılmalıdır. Bütövlükdə təhlükəsizlik  təmin olunması  mexanizmləri tapılmalıdır. Tərəflər arasında bütövlükdə öhdəliklər müəyyən edilməlidir.  

Həmin öhdəliklərə görə də dövlət sərhədinin delimitasiyası üzrə ekspert qrupu təşkil olundu”.