2024-cü il prezident seçkiləri sorğusunda Bayden irəlidir, yoxsa Tramp?
09:57 26.09.2023
Gündəm
577
ABŞ-da keçirilən sorğuda ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərinin müqayisəsində keçmiş prezident Donald Trampdan 9 faiz geri qalıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da prezident və Konqres seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Seçki öncəsi aparılan sorğuların ictimaiyyətlə paylaşılması davam edir.
ABC/Washington Post tərəfindən aparılan son sorğu 2024-cü il prezident seçkiləri üçün Bayden və Tramp arasında hipotetik müqayisənin nəticələrini ortaya qoyub.
Sorğuda iştirakçıların 51 faizi Trampı dəstəkləyib, Bayden isə sələfindən 9 faiz geri qalaraq 42 faiz dəstək alıb.
ABC/Washington Post tərəfindən fevral ayında keçirilən analoji sorğuda Trampa dəstək yüzdə 48, Baydenə isə 45 faiz olaraq qeydə alınıb.
Sözügedən sorğuda Baydenin iqtisadi və immiqrasiya siyasətlərinə ictimai dəstək də az olub.
İştirakçıların yalnız 37 faizi Baydenin iş performansını bəyənib, 56 faizi isə prezidentə mənfi qiymət verib. Sorğuda iştirak edən yetkinlərin 44 faizi Bayden administrasiyası dövründə maliyyə vəziyyətinin daha da pisləşdiyini bildirib.
Sorğuda respondentlərin 48 faizi Trampın vəzifədə olduğu müddətdə iş performansına müsbət, 49 faizi isə Baydenlə müqayisədə mənfi qiymət verib.
Tramp Ağ Evi tərk edərkən aparılan sorğularda xalqın dəstəyi 38 faiz, iş performansını bəyənməyənlərin nisbəti isə yüzdə 60 civarında olub.
Sentyabrın 15-dən 20-dək ölkə üzrə telefonla təsadüfi seçilmiş və ingilis və ispan dillərində keçirilən sorğuda 1006 nəfər iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou