Kamil Zeynallı qızına maşın sürməyi öyrədib - VİDEO

Fitness məşqçisi Kamil Zeynallı qızına maşın sürməyi öyrədib.
"Sherg.az"ın xəbərinə görə, onun 10 yaşlı qızı sükan arxasında əyləşib. Kamil Zeynallı bunu İnstaqram səhifəsində paylaşıb.
"Heç bir nəqliyyatın və insanların olmadığı yerdə sürürdük. Neçə aydır ki, qızıma avtomobil sürməyi öyrədirəm. Xam deyil, narahatlığa əsas yoxdur. 10 yaşlı qızımın fərasətinə maşallah olsun. Bircə silah atmağı öyrənməyi qalıb, o da tezliklə"-, deyə qeyd edib.
K.Zeynallı 2010-cu ildə müğənni Gülay Zeynallı ilə ailə həyatı qurub. Onların bu münasibətdən bir qızı var.