Rusiyanın Ukraynadakı müharibədə itkiləri - SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 41 170 hərbçisini itirib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 768 tank, 4014 zirehli döyüş maşını, 936 artilleriya sistemi, 259 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 739 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 914 avtomobil texnikası və avtosistern, 82 xüsusi texnikadan ibarətdir.