Ermənilərin vandal hərəkətləri  -  Cəzası ağır olmalıdır!

  Zabuxu tərk edən ermənilər oradakı evləri yandırmaqda davam edirlər. Kənddə qanunsuz yaşayan Arman Ayrapetyan iki gün əvvəl evini tərk edərkən necə yandırmasının videosunu sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə, məqsəd evini “düşmənlərə” qalmasına imkan verməməkdir. Ermənilər “düşmən” dedikləri isə həmin torpaqların əsl sahibləridir və öz dədə-baba yurdlarına qayıdırlar. Ermənilər isə barbar xislətlərini ortaya qoymaqda davam edirlər. Bu addımları ilə dinc, normal qonşuluq münasibətlərinə hələ də hazır olmadıqlarını göstərirlər. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da “Haber Global”a müsahibəsində ermənilərin Laçın şəhəri, Sus və Zabux kəndindən çıxarkən dağıntılar törətməsinə reaksiya verib. Nazir baş verənləri insanlıq üçün utanc adlandırıb: “Ermənilər buraları yandırırlar və eynilə Birinci Qarabağ müharibəsində etdikləri kimi, insanlığın utanacağı işlər görürlər. Ermənistan dərs götürməlidir. Bizim Ermənistanla normallaşmanın əldə olunması istiqamətində səmimiyyətimizi hamı görür. Ermənistan tərəfi bilsin və unutmasın ki, bizim Azərbaycandan fərqli istədiyimiz bir şey yoxdur. Biz barış istəyirik. Azərbaycanın öz torpaqlarında tam nəzarəti bərpa etməsi vacibdir. Azərbaycan bu əraziləri bərpa etmək, inkişaf etdirmək istəyir, bu ərazilərdə yaşayan ermənilərə “buyurun, gəlin, bütün haqlarınızı istifadə edəcəksiniz" deyir. Azərbaycan hərtərəfli sülh sazişi təklif edir. Bundan artıq Azərbaycan nə etsin?”. 
  Laçındakı vandallıqla bağlı “Sherg.az"a danışan AĞ Partiya sədri Tural Abbaslı deyib ki, ermənilərdə ikiüzlülük, yaltaqlıqla bərabər həm də yırtıcılıq xisləti var. Partiya rəhbəri xatırladıb ki, ermənilər Kəlbəcəri tərk edərkən də eyni cür hərəkətlər ediblər: “Təəssüflər olsun ki, bu məsələlərə zamanında adekvat reaksiya vermədik, verə bilmədik. Əgər dünya ictimaiyyəti erməni vəhşiliyindən xəbər tutsaydı, Ermənistan qınansaydı, bəlkə də növbəti dəfə buna cəsarət etməzdilər. Reaksiya olmadığına görə ermənilər növbəti dəfə öz çirkin əməllərini sərgiləməkdən çəkinmədilər. Müasir dövrdə bütün məsələlər təbliğatdan asılıdır. Erməni vəhşiliyini bütün çılpaqlığı ilə dünyaya təqdim etməliyik ki, beynəlxalq ictimaiyyətdə rəy formalaşsın. Hələ də bəzi ölkələrdə Azərbaycan tərəfi “müharibəyə meyilli”, Ermənistan isə “sülhpərvər” kimi tanınırsa, deməli, Xarici İşlər Nazirliyimiz, diasporamız yaxşı işləmir. Biz öz həqiqətlərimizi çatdırmaqda çətinlik yaşayırıq, amma ermənilər uydurduqları məsələləri “həqiqət” kimi dünyaya sırıyırlar. Hətta ermənilər Xocalı soyqırımını əks etdirən fotoları “ermənilərin başına gətirilmiş faciə” kimi dünyaya təqdim edirdilər. Yəni çox ləyaqətsiz bir topluluqla üz-üzəyik. Düşünürəm ki, belə bir topluluqla birgəyaşayış da çox çətin olacaq. Ümumiyyətlə, bunun mümkünlüyünə inanmıram. Bəlkə ermənilər özləri də vandalizm hərəkətləri ilə dünyaya mesaj verirlər ki, onların azərbaycanlılarla birgəyaşayışı qeyri-mümkündür”.










  
T.Abbaslı məsələnin digər tərəfinə də toxunub. Qeyd edib ki, biz öz torpaqlarımızda baş verənlərə görə dünyadan nəsə gözləməməliyik: “Cinayətlər Azərbaycan ərazisində törədilir, bizim evlərimiz, meşələrimiz yandırılır, təbii sərvətlərimiz talanır. Bakı şəhərində hansısa evi, yaşıllığı yandırmaq istəyən şəxslə necə rəftar olunursa, Laçındakı erməniyə ondan iki qat artıq reaksiya olmalıdır və cəzası verilməlidir. Ermənilərin özbaşınalığına göz yummaq daha ciddi fəsadlara yol açar”.