Qadağan edilməlidir: “TikTok” gələcək nəslin məhvinə yönəlib

“Azərbaycanda azyaşlıların “TikTok” sosial şəbəkəsinə daxil olunması qanunvericiliklə qadağan edilməlidir”.

"Sherg.az" xəbər verir ki, bu barədə Milli Məclisin iclasında deputat Elşad Mirbəşir deyib.

Deputat bildirib ki, “TikTok” gələcək nəslin məhvinə yönəlib: 

“Təəssüflə qeyd etmək lazımdır ki, son dövrlərdə Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərə zidd olan kontent formalaşır. Bununla əlaqədar vətəndaş cəmiyyəti, məktəb, valideyn-məktəb işbirliyi səviyyəsində bu məsələyə xüsusi diqqət yetirilməlidir. “TikTok”dan xüsusilə də azyaşlılar daha çox istifadə edirlər. Bu məsələ mütləq nəzarətə götürülməldir”.

Millət vəkili xatırladıb ki, Çində, Hindistanda, ABŞ-də məhkəmənin qərarı ilə müəyyən müddət aralığında “TikTok”un fəaliyyəti məhdudlaşdırılır.