Putinə yeni il şoku: 400 rus əsgərinin öldürüldüyü iddia edilir

Ukrayna Rusiyanın işğal etdiyi Donetsk bölgəsinə raket hücumu nəticəsində 400-ə yaxın rus əsgərinin həlak olduğunu iddia edib. İtkilərlə bağlı ilk açıqlama Rusiyadan gəlib və bu, hücumu təsdiqləyib.

Rusiya tərəfindən Donetskin işğal olunmuş ərazilərinə təyin edilmiş yüksək vəzifəli Daniil Bezsonov bildirib ki, raket Makiyivkaya elə yeni il gecəsi düşüb. "Amerikanın MLRS HIMARS raketləri ilə peşə məktəbinə kütləvi hücum olub", - Bezsonov bildirib.

Bezsonov Telegram-dakı paylaşımında çoxbarrelli raket sistemi ilə hücuma görə “Ölənlər və yaralılar var, dəqiq sayı hələ məlum deyil” sözlərini əlavə edib.

Bəzi rusiyalı şərhçilər və bloggerlər də hücumu təsdiqləsələr də, rəqəmlərin iddia ediləndən az olduğunu iddia ediblər. Ukrayna ordusunun məlumatına görə, hücum zamanı 300 nəfər yaralanıb.

Turan