Laçın yolundan keçən avtomobillərin sayı 15-ə çatıb - YENİLƏNİB


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, sülhməramlılara məxsus 1 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçib.

Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 15-ə çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 12-si isə Rusiya sülhməramlılarına məxsusdur.