"Dünən xəstəxanaya getdim, amma Arif Hacılını görə bilmədim. Reanimasiyada idi. Əməliyyatından sonra onu hələ görməmişəm".
Bunu "Sherg.az"a sabiq baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn Müsavat başqanı Arif Hacılının səhhətindən danışarkən deyib. Partiya rəhbəri bildirib ki, birazdan ona baş çəkmək fikri var:
"18:30-dan sonra xəstə yanına buraxırlar. Cərrahiyyə əməliyyatı uğurlu keçib".
Qeyd edək ki, iyunun 3-də Müsavat başqanı Arif Hacılı açıq ürək əməliyyatı olunub. Bu haqda onun müavini Fərəc Kərimli məlumat yayıb.