Dünya Avstraliyada baş verən hadisədən danışır.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, unutqanlıq və depressiya şikayətləri ilə həkimə müraciət edən 64 yaşlı qadın müayinədən sonra həyatının şokunu yaşayıb.
Onun beyninin MRT müayinəsi zamanı cərrahi əməliyyat tələb edən anormallıqlar aşkar edilib.
İngilis Guardian qəzetində yer alan xəbərə görə, avstraliyalı qadının beynindən səkkiz santimetrlik canlı qurd çıxıb.
Bu kəşfdən sonra 64 yaşlı qadın əməliyyatı həyata keçirə biləcək başqa xəstəxanaya köçürülüb və beynindəki qurddan xilas olmaq üçün bıçağın altına girib.
Bildirilir ki, "Ophidascaris robertsi" adlı qurdun əməliyyatdan sonra şəkli çəkilib. Eyni xəbərə görə, sözügedən hadisə ilk dəfə tibb tarixinə düşüb.
Xəstənin yaxın ətrafının piton ilanları ilə əhatə olunmuş göl bölgəsində yaşadığını bildirən mütəxəssislər, ilanlarla birbaşa təması olmasa da, xəstənin ot toplayıb yeməklərində istifadə etdiyi üçün bu vəziyyətlə qarşılaşmış ola biləcəyi ehtimalını vurğulayırlar.
Həmçinin mütəxəssislər xəstəlik və infeksiyaların heyvanlardan insanlara keçmə riskinə diqqət çəkib.
Qeyd edək ki, həkimlər xəstənin bədəninin digər hissələrini işğal etmiş ola biləcək başqa sürfələrə qarşı da müalicə etmək lazım olduğunu açıqlayıb.
Eyni açıqlamada xəstənin sağaldığı və hələ də mütəmadi olaraq izlənildiyi bildirilib.
Mənbə: Haber Global