Erməni model terror təşkilatından təlim alır: "Hücum edəcəyik..."


Azərbaycan  keçirdiyi lokal antiterror əməliyyatı ilə Qarabağı  24 saat ərzində tamamilə  erməni silahlı birləşmələrindən təmizləyib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, dünya mətbuatında rezonans doğuran Qarabağ Qələbəsinə dözə bilməyənlər gündəmə gəlməyə başlayıb. Amerikalı aktyor Mel Gibsonun türklərə qarşı iyrənc böhtanından sonra bu dəfə məşhur moda brendinin reklam simalarından olan erməni model Armine Arutyunyan da ortalığa çıxıb. VoMa terror təşkilatına qoşulan Arutyunyan təşkilatın kanalına verdiyi müsahibədə Azərbaycana hücum edəcəklərini bildirib.