"Vaqner"in lideri Priqojinin olduğu şəxsi təyyarə Rusiyanın paytaxtı Moskva yaxınlığında qəzaya uğradıqdan həftələr sonra Putin susqunluğunu pozub. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya lideri təyyarənin qəzaya uğramasının səbəbini dünyaya açıqlayıb.
Rusiya lideri ilk dəfə olaraq təyyarənin qəzaya uğramasının səbəbini açıqlayıb.İngiltərənin "İndependent" qəzetində yer alan xəbərə görə, Putin "Vaqner"in lideri Priqojinin təyyarəsinin əl qumbaraları ilə partladıldığını açıqlayıb.
O, bildirib ki, təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin cəsədlərində qumbara parçaları tapılıb.
Rusiya lideri vurğulayıb ki, müstəntiqlərin cəsədlərdə spirt və ya narkotik testi keçirməməsi səhvdir.
Putin ABŞ-nin “təyyarənin vurulduğuna inanırıq” iddiasına da cavab verib:
“Təyyarəyə heç bir xarici təsir olmayıb, bu artıq sübut olunmuş faktdır".
Putin həmçinin bildirib ki, qəzadan sonra Vaqnerin Sankt-Peterburqdakı ofislərində aparılan axtarışlar zamanı 10 milyard rubl (100 milyon dollar) nağd pul və 5 kiloqram narkotik tapılıb.
Britaniya qəzeti Putinin bu açıqlamasının onun Priqojin haqqında ilk şərhi olduğuna diqqət çəkib.
Qeyd edək ki, "Vaqner" liderini və daha səkkiz nəfəri daşıyan şəxsi təyyarə avqustun 23-də Moskvanın şimalında qəzaya uğrayıb, sərnişinlər və ekipaj üzvləri arasında sağ qalan olmayıb.