Hakan Fidan Blinkenlə telefonla danışıb

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyə Xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Sherg.az xəbər verir ki, təmas zamanı İsrail və Fələstində baş verən son hadisələr müzakirə edilib.

Xarici işlər naziri Hakan Fidan İordaniya xarici işlər naziri Ayman Safadi və İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ilə  də telefon danışığı aparıb. Danışıqlarda İsrail və Fələstində baş verənlər diqqət mərkəzində olub.