"Kim Milyoner Olmak İster" proqramına qatılan Zehra Günəşə 2008-ci ildə "Fənərbaxça"nın "Sevilya" ilə matçının penalti nəticələri ilə bağlı sual verilib.Sherg.az xəbər verir ki, milli voleybolçu telefon coker haqından istifadə edərək Volkan Dəmirələ zəng edərək düzgün cavabı alıb.
"Vakıfbank"ın və Qadın Voleybol Milli Komandasının oyunçusu Zehra Günəş "Kim Milyoner Olmak İster" verilişinin qonağı olub.
200 min lirəlik sualda milli voleybolçuya UEFA Çempionlar Liqasında "Sevilya" ilə 1/4 finala yüksəlmək uğrunda "Fənərbaxça"nın mübarizəsində penaltilər seriyasının nəticəsi soruşulub.
Günəş telefon coker haqından olaraq istifadə edib və hadisənin baş rol ifaçısı Volkan Dəmirələ zəng edib.
Çıxışına Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü təbrik etməklə başlayan Dəmirəl sualı belə cavablandırıb: “Demək istəyirəm ki, “Fənərbaxça”nın qapıçısı olaraq 3 penalti zərbəsini dəf etdim".
Milli voleybolçu 300 min lirəlik mükafatı 6 fevral zəlzələsində dünyasını dəyişən və arzusu Zehra Günəş olmaq istəəyən Ceren Topalın komandası "Hatayspor"a bağışlayacağını bildirib.