Isparta Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının komandoları Cümhuriyyətin 100-cü ildönümü şənlikləri çərçivəsində 2637 metrlik Dəvraz dağına çıxıb.
Sherg.az xəbər verir ki, Milli Müdafiə Nazirliyinin sosial media hesabında edilən paylaşımda İspartanın şərqindəki 2637 metr hündürlüyündəki Dəvraz dağına qalxan komandoların şəkli yer alıb.
Nazirliyin açıqlamasında deyilir: “Cümhuriyyətimizin 100 illik yubiley tədbirləri çərçivəsində İsparta Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının 2 min 405 türk əsgərinin iştirakı ilə Dəvraz dağına dırmaşması həyata keçirilib".