Rusiyadan İMTİNA: Ermənistan Gürcüstanın taleyini yaşaya bilər

İrəvan hakimiyyəti Qərbdən gələn sifarişlər əsasında hərəkət edir

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin Rusiyada keçiriləcək iclasında iştirak etməyəcək.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan məlumat verib.

Xatırladaq ki, tədbir noyabrın 8-də Rusiyanın paytaxtı Moskvada baş tutacaq

Ermənistan hakimiyyətinin tədbirə qatılmaqdan imtina etməsini "Sherg.az"a dəyərlındirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Ermənistan hakimiyyəti  bu addımları ilə əlbəttə ki, Rusiyanı qıcıqlandırmaqda davam edir: 

"Xatırladım ki, 2008- ci ildə Avropaya yönəlmiş Gürcüstan Avrointeqrasiya müqaviləsini imzalamışdı. Nəticədə Abxaziya və Assetiya kimi  bölgələrini itirdi. Rusiya  bu bölgələrin müstəqilliyini tanıdı. Hazırda eyni talehi Ermənistan yaşaya bilər".

F. Abbasov Təhlükəszlik Şurasının iclasından imtina etmək Ermənistanın Rusiya əlehinə atdığı addımların nə ilki, nədə sonuncusu olmadığını vurğulayıb: "Bundan sonra da hadisələrin bu məcrada gedişinin şahidi olacağıq. Proseslərin başlıca səbəbi başda Paşinyan olmaqla Ermənistan hakimiyyətinin anti-Rusiya fəaliyyətləri aparmasıdır. Bunlar Qərbdən gələn sifarişlər əsasında həyata keçirilir. Rusiya necəki 2008-ci ildə Gürcüstanın torpaqlarının itirilməsi ilə nəticələnən fəaliyyətlər başlatmışdısa, indi Ermənistana qarşı da eyn siyasi yolu tutacaqdır. İstər Zəngəzur yolunun açılması, istər Qərbi azərbaycanlıların haqqlarının bərpa edilməsi və digər məsələlərdə Ermənistana qarşı addımlar atılacaq".