Qeyri-neft məhsullarının ixracında artım: İlin sonunadək… - Eskpert

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 2,7 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3,05 milyard ABŞ dolları təşkil edib.
  İqtisadçı-ekspert Eldəniz Əmirov "Sherg.az"a bildirib ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə müşahidə olunan bu artım müsbət qiymətləndirilməlidir:

" Ötən il və  bu ilin ilk  10 ayı ərzində olan rəqəmlər kifayət qədər yüksək artım dinamikası olduğunu göstərir. 2023-cü il artım qrafikinə diqqət yetirsək, 11 faizlik artımın olduğu nəzərə çarpır. Dəyər baxımından  artım aylıq orta göstərici olaraq 270 milyon dollardır. Əgər qarşıdakı 2 ay ərzində də, qeyri-neft məhsulları üzrə ixrac stabilliyini qoruyarsa, əlavə 540 milyon dollar  vəsait əldə olunacaq. Bu da ilin sonuna Azərbaycanın qeyri-neft ixaracından  3,24 milyard dollar gəlir əldə etməsi deməkdir. Ümumilikdə əldə olunan  məbləğ baxımından  2023-cü ilin öncəki ili üstələməsinin şahidi olacağıq".