Bir saata 1 milyon dollar

Ardıcıl beş dəfə Forbes siyahısında "özü qazanan ən gənc milyarder" olmağı bacaran Kayli Cenner milyard dollarlıq kosmetika imperiyasına yeni moda markası əlavə edib.

"Sherg.az" xəbər verir ki, 26 yaşlı sahibkar “Khy” adlı yeni geyim brendi yaradıb. Vegan dəridən hazırlanan məhsullar satışa çıxan kimi güclü tələbatla qarşılaşdı. Trençkotlar, mini paltarlar və əlcəklər kimi əşyalardan ibarət 12 parçadan ibarət kolleksiya 1 saat ərzində satılıb. Kylie satışdan 1 milyon dollar qazanıb