Məşhur rəssamın  tablosu 74 milyon dollara satılıb

Məşhur rəssam Klod Monenin su zanbağı seriyasından yağlı boya ilə çəkilmiş "Le bassin aux nympheas" tablosu 74 milyon dollara satılıb.

ABŞ-ın Nyu-York şəhərində Christie's hərrac evi tərəfindən dünən keçirilən hərracda Klod Monenin su zanbaqları seriyasından olan "Le bassin aux nympheas" (1917-1919) adlı yağlı boya tablosu 74 milyon dollara satılıb. “Yenidən kəşf edilmiş şah əsəri” hesab edilən rəsm 1972-ci ildən eyni şəxsi kolleksiyada idi. Christie's bu həftə keçirdiyi hərracda məşhur sənət əsərlərinin ümumi satış məbləğinin 748 milyon dolları keçdiyini vurğuladı.

Klod Monet həyatı boyu su zanbaqları çəkdi və 250-dən çox su zanbağı rəsmləri yaratdı. Vinsent van Qoqun “Ulduzlu gecə” və “Su zanbaqları” impressionizmin ən ikonik obrazlarına çevrilib.