Paşinyan  Qərbi  şantaj edir   - ŞƏRH

"O  bildirir ki, Rusiya ilə əlaqələri Qərbin göstərişləri əsasında korlayıb. Belə olan halda  Qərb onlara mütləq şəkildə alternativ bazarlar və iqtisadi-yardımları artırmağa məcbur qalır"

"Fransa Prezidenti Emmanuel Makronla əla görüş keçirdik".

 Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir X-də yazıb ki, onlar “müstəsna dostluq münasibətlərinin” dərinləşdirilməsi və ikitərəfli əməkdaşlığın inkişafı, AB ilə qarşılıqlı fəaliyyət, eləcə də Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.
Qeyd edək ki,  Fransada səfərdə olan Paşinyan Makronla ötən gün görüşmüşdü.
 
Paşinyanın sözlərini "Sherg.az" a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Nikol Paşinyan Makronla görüşdə ənənəvi erməni siyasətçilərinin riyakarlığını davam etdirdi :

"Bu gün  Ermənistanın Fransa vasitəsiylə Qərbin casus  şəbəkəsinin Cənubi Qafqazdakı təmsilçilik meydanına çevrildiyini hər kəs bilir. Hazırda  Ermənistan ərazilərində Avropa İttifaqının mülkü müdafiə missiyası adı altında Fransa, Kanada və Almanya casus  şəbəkələri fəaliyyət göstərir. Bu baxımından Paşinyanın açıqlamaları daha çox Qərbə yaranmaq və eyni zamanda əlavə divident qoparmaqdan ibarətdir. Aydın məsələdir ki, Rusiya ilə münasibətlərinin tarana çəkilməsi,  rəsmi Kremilin onlara qarşı iqtisadi təzyiqləri artırmalarına gətirib çıxarır. Rusiya ilə Ermənistan arasındakı vəziyyətin müəyyən psixoloji həddə yaxınlaşıldığını müşahidə edirik. Bu fonda Nikol Paşinyan bir növ Qərbi  şantaj edir. O  bildirir ki, Rusiya ilə əlaqələri Qərbin göstərişləri əsasında korlayıb. Belə olan halda  Qərb onlara mütləq şəkildə alternativ bazarlar və iqtisadi-yardımları artırmağa məcbur qalır". 
T.İsmayılov digər tərəfdən Fransanın Cənubi Qafqazdakı məsələlərə ciddi təsiri ola bilməyəcəyini söyləyib:

 "Çünki Fransa birmənalı  şəkildə yalnız bir ölkə ilə işləyir. Onlar ancaq rəsmi İrəvanın maraqlarını düşünürlər.  Baxmayaraq ki, Fransanın Gürcüstanla da müəyyən layihələri var, Azərbaycanla da münasibərləri tamamilə bitmiş, düşmənçilik səviyyəsində deyil. Lakin birtək Ermənistanı n maraqlarını güdmək, erməni yalanlarının güdazına uyub bölgəni qarışdıran siyasəsi faəliyyətlər həyata keçirmək Fransanın Cənubi Qafqazda iştirakını və limitlərini tamamilə tükəndirir".