Kristina Kvien sərhəddə: Rusiya Paşinyanı təhdid edir? 

ABŞ-ın Ermənistandakı səfiri Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası ilə birgə Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsində olub.
Bu barədə Aİ-nin Monitorinq Missiyasının mətbuat xidməti məlumat yayıb.
"ABŞ səfiri Kristina Kvien Tavuş vilayəti ərazisində patrul xidməti üçün Aİ-nin Monitorinq Missyasına qoşulub. Səfər Missiyanın İcevandakı ofisi tərəfindən həyata keçirilib", - məlumatda qeyd olunub.
Mövzu ilə bağlı “Sherg.az” a danışan siyasi şərhçi Turab Rzayev bildirib ki, bu səfərdə əsas məqsəd Ermənistanın daxilinə və xaricinə mesaj verməkdir:

“Bu mesaj Aİ-nin Paşinyan hakimiyyətini dəstəklədiyinin növbəti sübutudur. Onlar daxili və xarici təhlükədə Ermənistana dəstək olacaqlarını hər fürsətdə dilə gətirirlər. Bunun da təbii ki, öz səbəbləri var. Son dövrlər Rusiyadan və Ermənistanın daxilindən Paşinyan hakimiyyətinə qarşı olan etirazlar artıb. Rəsmi Kreml Ukraynanın başına gətirdiklərini xatırladaraq Paşinyanı təhdid edir. Aİ bu bəyanat və addımları ilə Rusiyaya Ermənistanın yanında olduğunu göstərməyə çalışır. Son dövlər Qərb tərəfindən Ermənistana edilən hərbi yardımların artması, eyni zamanda ABŞ la birlikdə hərbi təlimlər, mülki missiyanın genişləndirilərək hərbi missiyaya çevrilməsi buna hesablanmış addımlardır. Digər tərəfdən onlar Azərbaycanın da hər hansı silahlı hücumuna qarşı bu Ermənistanı qoruyacağını göstərirlər”.