Hər iki valideyinini itirənlərə bir otaqlı mənzil verilsin-TƏKLİF

Hər iki valideyinini itirən, qalmağa heç bir yeri  və kimsəsi olmayanlara növbədənkənar bir otaqlı mənzillə təmin olunması təklif edilib. 
Bu təkliflə Milli Məclisin deputatı İlham Məmmədov Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edib. 
Deputat bildirib ki, bu cür şəxslərin sayı ölkədə çox az saydadır.
“Rüfət Mehdiyev adlı gənc müharibədə döyüşüb və kimsəsi yoxdur. Həmin şəxsin də bu siyahada olmasını çox istəyərdim”

Təklifi “Sherg.az”a dəyərləndirən iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, bu ideanı müsbət qiymətləndirirəm:

“Çox nadir də olsa  hər iki valideyinini itirmiş və yaşamağa mənzili olmayan adamlar var. Əgər dövlətin imkanı varsa, hər iki valideyini olmayan və yaşayış sahəsi olmayan şəxslər üçün belə bir otaqlı mənzillər vermək müsbət addım olardı. Lakin bunun üçün də bir seçim meyarı müəyyən olunmalıdır. Adında torpaq sahəsi olmayan və bu  kimi digər şərtləri ödəyənlərə şamil etmək olar”.