İraq Prezidenti Əbdüllətif Rəşid Ermənistanda səfərdədir.
Onu İrəvanın “Zvartnos” hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqroyan və xarici işlər nazirinin müavini Vaan Kostanyan qarşılayıb.
Bildirilib ki, İraq Prezidenti Ə.Rəşid Ermənistan Prezidenti Vaan Xaçaturyan, baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanla görüşəcək.
Qeyd edək ki, İraq Prezidenti İrəvana Bakıdan gedib.
İraq prezidentinin səfərini “Sherg.az”a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Əbdüllətif Rəşidin Bakıya səfərinin ardınca Ermənistana səfəri təsadüfi deyil:
Politoloq İraq Prezidentinin Ermənistanı tərk etdikdən sonra erməni mediasında yayılan xəbərlərə əsasən bəzi şeyləri proqnozlaşdırmağın mümkün olacağını vurğulayıb:
“Əbdüllətif Rəşidin bölgəyə olan səfərində müəyyən güclərin maraqları durur. Baxmayaraq ki, İraq elədə güclü siyasi fiqur deyil, lakin onun ABŞ tərəfindən işğal edilmiş bir dövlət olduğunu unutmamaq lazımdır. Xüsusən də, İraq Prezidentinin sülh müqaviləsinin imzalanması yönündə müəyyən addımlar atmaq barədə düşüncələri ola bilər. Yaxın zamanlarda bu məsələlər haqqında daha aydın və dəqiq fikir yürütmək olacaq”.