Sərhəddə görüş: Sülhə yaxınlaşırıq?

Noyabrın 30-da Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların iclası keçiriləcək.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.
Onun sözlərinə görə, danışıqlar Azərbaycan-Ermənistan sərhədində baş tutacaq.
Təfərrüat açıqlanmayıb.

Mövzu ilə bağlı "Sherg.az" a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan və  Ermənistan arasında delimitasiya komissiyalarının iclasları artıq aylardır həyata keçirilmirdi:
 
"Bu prosesin sülh üçün çox vacib bir məsələ olduğunu düşünürəm. Hər zaman açıqlamalarımda əgər Azərbaycan və Ermənistan sülh prosesində irəliləyiş əldə etmək istəyirsə, rəsmi İrəvanın delmitasiya ilə bağlı  təxribatlarının sona çatmalı olduğunu vurğulayırdım. Nəhayət bu ayın sonunda bu görüş baş tutacaq. İclasda şərti sərhədlərıə bağlı məsələ müəyyənləşdirilməlidir. Eyni zaman şərti sərhədlərin normal dövlət sərhədləri kimi tam bərpası və  tanınması ətrafında müzakirələr aparılacaq".

Politololq eyni zamanda  iclasda xəritələrlə bağlı məsələlərə də toxunulacağını düşündünüyü vurğulayıb:
 "Çünki Ermənistan uzun müddətdir Azərbaycanla sülhlə bağlı hansısa qondarma xəritələrdən istifadə etməyə çalışır. Ermənistanın bu uydurma xəritə oyunları danışıqların dalana dirənməsinə  səbəb olur. Yenə də eyni müzakirələr prizmasında müzakirələrin aparılacağını hesab etmirəm. Nəzərə almaq lazımdır ki, iki ölkə arasında sülh üçün açar məsələlərdən biri də  delimitasiyanın həyata keçirilməsi idi. Bu baxımdan bu ayın sonunda delimitasiya komisyasının iclaslarının keçirilməsi zəruri əhəmiyyətə malikdir. Həmçinin ilk dəfədir ki, Azərbaycanla Ermənistan sərhəddə birbaşa bu məsələni müzakirə edəcək. Üçüncü tərəflərin prosesdə iştirak etməsi yekun qərarın qəbuluna hər zaman əngəl törədib. Ona görədə sərhəddə birbaşa və təkbətək keçiriləcək görüşlərin xüsusi əhəmiyyəti var".