Beyin köçü: Gənclərimiz hazırlıqlı suallar verdilər-Deputat 

Tarix və elm dünyasının iki aparıcı şəxsi - İlbər Ortaylı və Celal Şengör Bakıda bir araya gəliblər.
Dünən Tarix və elm dünyasının iki aparıcı şəxsi - İlbər Ortaylı və Celal Şengörün Bakı Konqres Mərkəzində “Dünyada mövcud beyin köçü” adlı master-klassı baş tutub.
Tədbirin açılış mərasimi Azərbaycan və Türkiyə Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbir zamanı dörd modul üzərində danışıqlar olub.
İlk olaraq dünyada mövcud beyin köçü moduluna toxunulub. Daha sonra dünyada mövcud 270 münaqişə ocağı, 250 Yaxın Şərqdə; nizamlanan Yaxın Şərq və Böyük Yaxın Şərq layihəsi; texnologiyanın inkişafı və bu inkişafın gələcək nəsilə təsiri mövzularına toxunulub.

Dünənki tədbirin iştirakçılarından olan Millət vəkili Hikmət Babaoğlu tədbirlə bağlı düşüncələrini “Sherg.az” la bölüşüb. 
O bildirib ki, tədbir mövzu etibarı ilə çox aktual bir məsələyə həsr olunmuşdu:
“Hazırda bütün dünyanı narahat edən beyin köçü tədbirin əsas müsakirə predmenti olub. Tədbirin əsas qonaqları dünyanın ən böyük elm adamlarından hesab olunan İlbər Ortaylı və Celal Şengör idi. Onlar Türkiyədə və Azərbaycanda bu mövzu ilə bağlı vəziyyətdən ətraflı şəkildə danışdı. Sevindirici hal idiki, tədbirdə 3 mindən çox azərbaycanlı gənc iştirak edirdi. Onlar beyin köçünün mövcud durumu və gənclərin həyatında hansı rol oynayacağı kimi aktual məsələlərlə tanış oldular. Düşünürəm ki, ümumilikdə tədbirdə hər iki alim çox mühim məsələlərə toxundular. Əlbəttə bu cür platformalar diskursiya üçün ideal zəmindir. Heç şübhəsiz ki, hamı orada professorların səsləndirdiyi bütün fikirlərlə  razılaşmırdı. Bu təbii ki, normal haldır. Sözü gedən tədbirləri cəzibədar edən, fikir rəngarəngliyi yaradan və belə konteksdə olan tədbirlərin önünə açmağa zəmin yaradan faktorlardarda məhz elə bu hallardır. Formatı çox bəyəndim. Deyilənləri qəbul et, mənimsə və çıx get tipində deyildi. Gənclərimiz professorlara çox hazırlıqlı və yaxşı suallar verdilər”. 

Millət vəkili belə tədbirlərin sayını artırmaq lazım olduğunu vurğulayıb: 
“Bizim özümüzdə də gənclərimizin intelektual yöndə inkişaflarına müsbət yöndə təsir göstərəcək alimlərimiz çoxdur. Onlarlada bu formatda görüşlərin təşkil olunması çox yaxşı olardı. Azərbaycan intelektual baxımından çox zəngin bir ölkədir. Bunu dünən öz çıxışılarında həm İlbər Ortaylı hım də Celal Şengör dəfələrlə qeyd etdilər. Çox yaxşı olar ki, alimlərimizin və ziyalılarımızın düşüncələrini gənc nəsillə bölüşməsinə şərait yaradılsın . Bu cəmiyyətimizin intelektual səviyyəsinin inkişafına gətirib çıxaracaqdır”.