Rusiya Gümrüdə səngər qazır-Səbəb?

Ermənistan ictimaiyyəti Rusiyanın Gümrüdəki hərbi bazasının ətrafında səngərlərin olduğu iddia edilən kadrları dərc edir.
Bu barədə “Caliber” yazıb.
Ağ  Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a söyləyib ki,  Gümrü hərbi bazası Rusiyanın məsuliyyətində olan bir yerdir:
“Orada Rusiya qanunvericiliyi keçərlidir. Rusiyanın həmin ərazilərdə hərbi provakasiyalara qarşı müəyyən təhlükəsizilik tədbirləri alması mümkündür. Rəsmi Kremlin hazırda bütün Ermənistanı bürüyən anti-Rusiya siyasətinə qarşı bu addımı atdığını düşünürəm. Baş verəcək hansısa hücumdan müdafiə xarakterli bu işlər görülür”.