Nizami Cəfərov: Növbədənkar seçkilər düşünülmüş qərardır

Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasında sonuncu Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilmişdi.

Mövzu ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, Prezident İlham Əliyev hər zaman xalqını düşünən tarixi şəxsiyyətdir: 

“Onun verdiyi qərarlar daim millətimizin yüksəlişinə xidmət edib. Şübhəsiz ki, bu dəfəki sərəncamda düşünülmüş və Azərbaycan xalqının, dövlətinin mənafeyinə yararlı olacaq bir qərardır. Qısa  zaman kəsiyində bu sərəncamın faydalarının şahidi olacağıq. Görülmüş tarixi işlər yenədə nəticələrin xalqımızın talehi üçün əhəmiyyətli olacağına əminlik yaradır”.