
NATO-Ukrayna Şurasının iclasında hansı məsələlər müzakirə olunacaq? -ŞƏRH
Yusif Sultanoğlu
14:01 04.01.2024
Dünya
541
NATO-Ukrayna Şurasının iclası keçiriləcək.
NATO-nun mətbuat xidmətinin məlumatında bildirilib ki, son günlər Rusiyanın Ukraynaya raket və dronlarla kütləvi hücumları ilə əlaqədar Kiyevin tələbi əsasında NATO-nun baş katibi Yens Stoltenberq yanvarın 10-da səfirlər səviyyəsində NATO-Ukrayna Şurasının iclasını keçirəcək.
Şimali Atlantika Alyansı Ukraynanın Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi tələbini dəstəkləyib.
Bu barədə isə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti Kulebanın Telegram kanalında NATO ölkələrinin Ukraynanın Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi tələbini dəstəklədiyini bildirib. Nazirin sözlərinə görə, əsas mövzulardan biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olacaq.
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov isə "Sherg.az" açıqlamasında deyib ki, Ukraynada baş verən proseslər, hərbi əməliyyatlarla bağlı NATO yenidən düşünmək məcburiyyətində qalıb:
"NATO üzvləri, o cümlədən Amerika Birləşmiş Ştatlarının hərbi siyasi rəhbərliyi Ukraynaya hərbi yardım məsələsində son dərəcədə ehtiyatlı davranır və bunu açıq-aşkar nümayiş etdirir. Sanki Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yetərli olmaması, müxtəlif yollarla Rusiyanın iqtisadi sanksiyalardan yayınması müharibənin uzanmasına və üzücü nəticələrə gətirib çıxarıb. Çox güman ki, NATO-Ukrayna Şurasının gözlənilən iclasında bu məsələlər bir daha müzakirə ediləcək. Ümumilikdə, Komitənin iclasında Alyans üçün strateji əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq. Baş qərargah rəislərinin NATO-nun Vilnüsdə keçirilən sonuncu sammitində qəbul edilmiş qərarların icrası prosesini nəzərdən keçirəcəkləri, həmçinin Vaşinqtonda keçiriləcək növbəti sammitə hazırlıq məsələlərini müzakirə edəcəkləri gözlənilir. Ən əsası isə 2024-cü ilin başlaması ilə Ukraynaya göstəriləcək hərbi yardımın həcmi, eyni zamanda bu yardımların siyasi-diplomatik və geopolitik nəticələri barədə fikir mübadiləsi aparılacaq".

Yaxın Şərqdə başlayan müharibə fonunda Ukrayna-Rusiya müharibəsinin ikinci plana keçdiyini vurğulayan politoloq deyib ki, faktiki olaraq Qərb iki cəbhədə vuruşmağa məhkum olub:
"Fürsətdən istifadə edən Rusiya ciddi üstünlüyə malik olduğunu nümayiş etdirməyə başladı. Ukrayna ilə müqayisədə isə ABŞ-da dərin kök salmış yəhudi lobbisi qərb üçün Yaxın Şərqin daha prioritet olmasına rəvac verdi. Çünki hazırda ABŞ üçün əsas məsələ İranın birbaşa müdaxiləsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməkdən ibarətdir".
2024-cü ildə hər iki müharibənin daha da alovlanacağını proqnozlaşdıran İ. Hüseynov deyib ki, İsrail Qəzza bölgəsində HƏMAS-ın kökünün kəsilməsi ilə bağlı qəti mövqe nümayiş etdirir:
" Yəni Yaxın Şərq müharibəsi üçün bölgənin hərbisizləşdirilməsi və İsrailin mütləq qələbəsi əsas meyardır.
Rusiya-Ukrayna müharibəsində isə faktiki olaraq Kiyev xarici dəstəkdən asılı vəziyyətdədir. Əgər NATO rəhbərliyi hərbi yardımın həcmini azaltsa, ləngitsə və yaxud hər hansı bir maneə yaradılsa, müharibə Rusiyanın mütləq qələbəsi ilə nəticələnə bilər. Bunun isə geosiyasi nəticələri bütün postsovet məkanında özünü göstərəcək. Mərkəzi Asiya, Cənubi Qafqaz, xüsusən də Rusiya ilə Avropa ölkələri arası münasibətlərində... ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət