Qeyri-rəsmi anlaşma: Kirmandakı partlayış razılıqla olub?
Yusif Nəzərli
08:59 05.01.2024
Aktual
525
İranın Kirman şəhərindəki partlayışları kamikadzelər törədib. Bu barədə İRNA agentliyi məlumat yayıb. Qeyd edib ki, hadisə yerinin və video görüntülərin ətraflı öyrənilməsindən sonra əminliklə deyə bilərik ki, birinci partlayış kamikadze tərəfindən törədilib, ikinci partlayış da çox güman ki, eyni formada baş verib". Həmçinin, İŞİD İranın Kirman şəhərində baş verən 2 partlayışa görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb. Qeyd edək ki, yanvarın 3-də ölkənin Kirman şəhərində general Qasım Süleymaninin 4-cü ildönümü mərasimində iki partlayış baş verib, nəticədə 95 nəfər ölüb, 211 nəfər yaralanıb.
Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı baş verən partlayış kifayət qədər diqqət çəkir.
Analitik vurğulayıb ki, İsrail rəsmiləri HƏMAS-ın 7 oktyabrda İsrailə hücumu və hücum nəticəsində mülki şəxslərin həyatını itirməsinə görə İranı günahlandırır:
"Hücumun mütəşəkkil, yüksək peşəkarlıqla və maksimum gizliliklə təşkil edilməsi İsrailli rəsmilərin iddiasının boş olmadığını göstərir. Ümumiyyətlə 7 oktyabra qədər İsrail-Fələstin danışıqlarının intensivləşməsi və tərəflərin sülh istiqamətində bir neçə görüş keçirməsi Tehranı narahat edirdi. İranda strateji obyektlərin dronlarla, habelə sabotajlar ilə partladılması, nüvə alimlərinin ölməsi kimi hadisələrin də pərdəarxasında İsrailin olması Tehranı ciddi addımlar atmağa vadar edirdi. İran gedişini etdi və HƏMAS-ın 7 oktyabrda İsrailə hücumunu təşkil etdi. Gedişi ümumi mənada uğurlu hesab etmək olsa da, Tehran istədiyinə tam nail ola bilmədi. Yəni Tehran Təl-Əvivin başını HƏMAS-la qatsa da, nə “Hizbullah”ı, nə Suriyanı, nə də Türkiyəni prosesə qata bilmədi. Lakin Kirmandakı partlayış İsrailin 7 oktyabr qisası da deyil. Partlayışın pərdəarxasında Təl-Əvivin olma ehtimalı yüksək olsa da, Tehranın hadisənin baş verməsindəki maraqları diqqət çəkir. Yəni hadisə MOSSAD tərəfindən təşkil edilsə belə, SEPAH özü buna icəzə verməsə baş verməsi real deyil".
Ekspert qeyd edib ki, əslində İsrailin getdikcə daha da aqressivləşməsi və daxildə yüksələn intiqam tələbləri qarşısında İran rəhbərliyinin manevr imkanları elə də çox deyil:
"Bundan başqa İranda sosial iqtisadi vəziyyət də ürəkaçan deyil. Daxildə artan sosial-iqtisadi, etnik narazılıq təhlükəli həddə çatıb. İran rəhbərliyi regional müharibəyə gətirib çıxarmayacaq, daxili auditoriyanı sakitləşdirəcək, eyni zamanda İsrailin aqressivliyini dayandıra biləcək cavab tədbiri tapmalı idi. Hesab edirəm, Kirmandakı partlayış ideal cavab tədbiri idi. İran partlayış sonrası xarici düşmən obrazını gücləndirdi və ictimai rəyi rejim ətrafında birləşdirmək üçün istifadə etdi. Yəni həm İsrail istədiyi kimi 7 oktyabr qisasını aldı, həm də İran bundan daxili auditoriyanı bir müddət sakitləşdirmək üçün istifadə etdi. İki ölkə arasında konkret razılıq olmasa da bunu qeyri-rəsmi bir anlaşma kimi də dəyərləndirmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət