Özbəkistanın nümayəndə heyəti UNEC-də olub
14:34 25.01.2024
Gündəm
788
Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyəti UNEC-də olub.
APA xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ali təhsil, dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatla bağlı müzakirələr aparılıb.
Rektor Ədalət Muradov Rəqəmsal UNEC-in elektron imkanları, distant və hibrid təhsil, elektron kitabxana, Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin fəaliyyəti barədə özbəkistanlı nümayəndə heyətinə ətraflı məlumat verib. Palata sədrinin birinci müavini Akmal Saidov UNEC-in elektron universitet modelini yüksək qiymətləndirərək, bu təcrübənin Özbəkistan ali təhsil müəssisələrində tətbiqinin zəruriliyini vurğulayıb.
Görüşdə birgə konfransların təşkili, yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf sahəsində tədqiqatların aparılması barədə ilkin razılıq əldə edilib.
Sonda UNEC-in yaşıl iqtisadiyyatla bağlı ingilis dilində çap etdirdiyi “Exploring The Green Economy: ISSUES, Challenges and Benefits” kitabı Akmal Saidova hədiyyə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat