NASA 137 işıq ili uzaqlıqda yaşayış üçün əlverişli super Yer kəşf edib

NASA, 137 işıq ili uzaqlıqda həyatı dəstəkləyə biləcək super Yer kəşf etdiyini açıqladı.

Sherg.az xəbər verir ki, TOI-715 b adlanan bu planet Yerdən təxminən 1,5 dəfə böyükdür.

O, ana ulduzunun yaşayış zonasında orbitdədir, yəni planetin səthində maye suyun əmələ gəlməsi üçün uyğun temperatur ola bilər.

Səthdə suyun olması üçün planetin atmosferi olmalıdır. Ancaq hələ dəqiq bilinmir.

1 İL 19 GÜNDÜR

Digər tərəfdən, bu planetdə bir ilin cəmi 19 gün davam etdiyi qeyd olunub.

NASA bu planeti daha yaxından müşahidə etmək üçün James Webb Kosmik Teleskopundan istifadə etməyi planlaşdırır.

Planetin xüsusiyyətləri onun atmosferinin tərkibini və həyat əlamətlərini aşkar edə bilər.

NASA, Webb teleskopunun təkcə ekzoplanetləri aşkar etmək üçün deyil, həm də "həyatın mümkün mövcudluğuna dair ipucu verə biləcək atmosferlərin tərkibini araşdırmaq" üçün nəzərdə tutulduğunu bildirib.

Super Yer araşdırması "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub.