ANAMA: “Mina və partlamamış hərbi sursat qurbanlarının sayı 345-ə çatıb”

2020-ci ilin noyabr ayından bəri Azərbaycanda mina və partlamamış hərbi sursat qurbanlarının sayı 345-ə çatıb.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Qeyd edək ki, bu gün Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında mina partlayışı olub. Nəticədə bir nəfər yaralanıb.