Arılar nə bala verir, nə də bal…
Yusif Nəzərli
07:54 11.02.2024
Cəmiyyət
872
Səbəb qışda yaz havasıdır
Türkiyənin Ordu bölgəsində builki qışın quraq keçməsi bal arılarının həyatını da alt-üst edib.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Adana Kozanda arıçılıq təsərrüfatı ilə məşğul olan fermerlər bal arıları arasında ölümlərin artdığını görüncə, bunun səbəbini araşdırmağa başlayıb. Ordu bölgəsi Türkiyədə bal istehsalı ilə məşhurdur və öndə gedən bal istehsalçısıdır. Burada 600 mindən artıq pətək yeşikləri var. Lakin bu il bal arıları arasında ölüm faizi də artıb, bal istehsalı da xeyli aşağı düşüb. Mütəxəssislər bunu qışın isti, quraq keçməsiylə izah edir. Onların fikrincə, qış quraq və isti keçdiyindən bal arıları qış yuxusuna gedə bilmir. Bu da bal arılarının şanı - pətək əmələ gətirməsinə mane olur. Qışın belə isti və quraq keçməsi “yalançı bahar” adlandırılır. Yalançı baharsa bal arılarının ölümü və bal istehsalının azalmasıyla nəticələnir. Bal arıları qışın gəldiyini anlamaqda çətinlik çəkir, qışdır, yoxsa bahar səhv salırlar, qış yuxusuna gedə bilmədiklərindən nə bala çıxarır, nə də bal. Əslində isə arıların 5 ay qış yuxusuna getmələri lazımdır. Havalar isti olduğundan arılar pətəyə daxil olmur, balalama mərhələsi də keçib-gedir. Adana Kozan bölgəsində də eyni durumdur. Yay aylarında bal arıları həddindən artıq istiyə dözməyib tələf olurdular. Qışda isə istidən qış yuxusuna gedə bilmirlər. Bu da bal istehsalını azaldır. Mütəxəssislər arıların həyat tərzinin dəyişməsini qlobal istiləşmə ilə izah edir. Növbəti qış fəsli də bu cür isti keçərsə, bal arıları arasında ölüm faizi yenə artacaq, bal istehsalı da getdikcə azalacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiyanın Vltava və Elba çaylarında suyun səviyyəsi kəskin enib
03:59 08.10.2026
Ekologiya
Həmzət ona 1 milyon təklif etdi: Yeri de, döyüşək!
03:23 08.10.2026
İdman
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm