Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası başa çatıb

Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası başa çatıb.
"Report" xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edib.
Plenar sessiyanın ikinci günündə APA-nın daimi komitələrinin hesabat məruzələri dinlənilib. Sonra Bəhreyn, İraq, Qətər, Rusiya Azərbaycanın sədrlik etdiyi APA-nın 2024-cü il üçün sədr müavinləri qismində seçilib.
Daha sonra Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasının (ASGAP) APA-ya müşahidəçi statusu məsələsinə baxılıb.
Sessiyasının sonunda Bakı Bəyannaməsi və Assambleyanın yekun hesabatı qəbul edilib.