Monika bu dəfə müxtəlif ictimai layihələrlə gündəmə gəlib

Tarixin ən böyük qalmaqalı olmuşdu

  ABŞ Prezidenti Bill Klintonla sevgi macərası ilə məşhurlaşan Monika Levinski moda dünyasına təşrif buyurub. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, 1993-cü ildə ABŞ-nin 42-ci prezidenti seçilmiş Bill Klintonun nüfuzuna “yasaq sevgi” münasibətləri əməlli-başlı zərər vurub. Prezidentliyi dövründə özünə “yasaq sevgi”ni rəva görən Bill Klintonun sevgilisi, 21 yaşındaykən Ağ Evdə stajorluq keçən Monika Levinski isə bu qalmaqaldan sonra  müxtəlif ictimai layihələrlə gündəmə gəlib. Məsələn, o, 2014-cü ildə zorakılığa məruz qalanlar və yardıma ehtiyacı olanlar üçün kampaniya başladıb, ictimai fəal kimi tanınıb. Monika Levinski hazırda 50 yaşındadır və indi də məşhur markanın təmsilçiliyini həyata keçirir. M.Levinski “Reformation”  markasının "You've Got the Power" (Güc Səndə) adlı kampanyası üçün kameralar qarşısına keçib. Kampaniya "Qadınların səsinə səs verin" şüarı altında keçirilir. M.Levinski qadınları seçkilərdə aktiv olmağa çağırıb və geyindiyi dəbli geyimlərə işarə edərək belə bir çağırış edib: “Gözəl bir kombin geyinmək qadınlar arasında güclü bir bağlantı yaratmaz, amma gedib səs vermək bu bağlılığı gücləndirə bilər”.