Bakıda yük maşını yanıb

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, “КамАЗ” markalı yük avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.