Bakı Təşəbbüs Qrupu ilə Boneyradan olan siyasi təşkilatlar arasında memorandum imzalanıb

Bakı Təşəbbüs Qrupu, Boneyra İnsan Haqları Təşkiları, eləcə də "Boneyra Dəyişiklik Naminə" Hərəkatı arasında anlaşma memorandumu imzalanıb.

APA-nın məlumatına görə, sənədi Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, "Boneyra Dəyişiklik Naminə" Hərəkatının lideri Ceyms Finis, eləcə də Davika Jasmin Visesar imzalayıblar.


İmzalanma mərasimindən sonra jurnalistlər üçün brifinq təşkil olunub.