Bütün şəhər onu axtarır: Sanki yer yarıldı, yerə girdi

2 gün əvvəl günorta saatlarında Diyarbəkirdə Quran kursunu bitirərək yoxa çıxan Narin Güranın (8) axtarışları davam edir.
Sherg.az xəbər verir ki, hadisə avqustun 21-də günorta saatlarında Bağlar rayonunun Tavşantəpə kəndi ərazisində baş verib. Quran kursuna gedən Narin Güran kursdan sonra evə qayıtmayıb, ailəsi öz imkanları ilə axtarış aparıb.


 
Kənd sakinlərinin axtarışı heç bir nəticə vermədikdə, saat 21:00 radələrində 112 Təcili Yardım Mərkəzinə məlumat daxil olub. Xəbər üzərinə bölgəyə jandarma, sağlamlıq qrupları və axtarış itləri sövq edilib.

Axtarışlarda Jandarma Axtarış-Xilasetmə (JAK) Qrupu,  Böyükşəhər Bələdiyyəsi Sualtı Axtarış qrupları və 200 jandarma personalı iştirak edir və jandarma helikopteri ilə havadan dəstək verilir. Bundan əlavə, Narinin yoxa çıxdığı saatlarda yoldan keçən 150-yə yaxın avtomobil dindirilib.


Axtarış zamanı ötən gecə yolun kənarında uşaq başmaqları aşkar edilib. Güran ailəsinin evindən təxminən 3 kilometr aralıda tapılan başmaqlar Narinin valideynlərinə göstərilib. Cütlük başmaqların qızlarına məxsus olduğunu bildirib. Başmaqlar jandarm tərəfindən müayinə olunmaq üçün laboratoriyaya aparılıb.

Narın axtarışları 2-ci gündür davam edir. JAK qrupları suyun səviyyəsinin azaldıldığı suvarma kanalında da axtarəş aparır.

AFAD və könüllülərdən ibarət qruplar da kanalın kənarında və tarlalarda Narını axtarır. Məhəlləyə girib-çıxan avtomobillərdə də axtarış aparılır.

Arif Güran qızı Narinin onlardan xəbərsiz heç yerə getməyəcəyini deyib:

“İlk gündən indiyə kimi AFAD, jandarma və polis bizimlədir. Hətta bu bölgəyə aidiyyatı olmayan digər rayon jandarma qrupları da iş başındadır. Allah hamısından razi olsun. Beləliklə, indiyə qədər heç bir iz tapa bilmirik. Dünən gecə yalnız bir başmaq tapılıb. Eyni başmaqdır, amma biz durub insanlara böhtan ata bilmərik. Bunu ancaq dövlət açıqlaya bilər. Artıq evdə olan saçını, paltarını dövlətə verdik. Şübhə varsa, dövlət lazım olanı edəcək. Dövlətin bizə verdiyi dəstəyi də hiss edirik, sağolsunlar. Qızım çox ağıllı qız idi, xəbərsiz harasa, suvarma kanalına, başqa evə gedən biri deyildi. Sanki yer yarıldı, yerə girdi. Kim görsə və ya eşitsə, Allah rizası üçün bizə xəbər versin. Bizə, polisə və ya jandarmaya xəbər versinlər. Əgər kimsə bilirsə və peşmandırlarsa, biz nə məhkəməyə veririk, nə də şikayət edirik. Nə biz onları gördük, nə də onlar bizi. Yetər ki, qızımızı bizə təhvil versinlər”.