Ermənistan və Fransa arasında müdafiə sahəsi üzrə əməkdaşlıq məsələləri müzakirə olunub

Avqustun 23-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa səfiri Olivye Dekotinini qəbul edib.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə tərəflər müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.

Eyni zamanda, nazir Suren Papikyan səfirlə Ermənistan Silahlı Qüvvələrində aparılan islahatlar və bu çərçivədə Fransa ilə əməkdaşlıq proqramlarına dair fikir mübadiləsi aparıb.