ABŞ nümayəndəsi Azərbaycana gəlib

ABŞ-ın Enerji Resursları Bürosu katibinin köməkçisinin müavini Kimberli Harrinqton Azərbaycanda səfərdədir.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Enerji Resursları Bürosu katibinin köməkçisinin müavini Kimberli Harrinqton Bakıda hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

"O, həmçinin ABŞ-ı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu Nazirlər Toplantısında təmsil edəcək, COP29-a ev sahibliyi edən Azərbaycanın vacib rolu barədə müzakirələr aparacaq", - səfirliyin məlumatında qeyd olunub.