Ermənistan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri istefa verib

Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan istefa verib.
APA xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, o istefa ərizəsini təqdim edib.
“Son zamanlar bir sıra fundamental məsələlərdə yaranan fərqlər mənim xarici siyasət cəbhəsində iştirakımı mümkünsüz edir”, deyə o bildirib.