"Həmin şəxslər ya müalicəyə göndərilməlidir, ya da reabilitasiya mərkəzlərinə, təəssüf ki, bunların heç biri yoxdur"
"Bizdə təcridxanaların, eyni zamanda cəzaçəkmə müəssisələrinin böyük hissəsi narkomaniyadan əziyyət çəkən məhkumlarla və yaxud istintaq altında olanlarla doludur. Onlar sıxlıq yaradır. Diqqəti buna yönəltmək lazımdır".
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin ötən iclasında deputat Tahir Kərimli deyib. Deputat qeyd edib ki, dövlət bu şəxslərə nə qədər vəsait sərf edir: "Həmçinin bunların şəxsiyyəti korlanır. Onların şəxsi taleyində məhkumluq yaranır. Onları həbsxanaya doldurmaqdansa, məcburi müalicəyə göndərmək lazımdır. Prokurorlar, müstəntiqlər, təhqiqatçılar və məhkəmələr bu işə baxmaqdan yorulublar".
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov isə “Sherg.az"a açıqlamasında deyib ki, biz narkotik maddələrin yaratdığı fəsadlara qarşı mübarizə aparmaq istəyiriksə, əvvəl onların xəstə olduğunu dərk etməliyik: