Milli Məclisdə Nuru Paşanın Bakıda adının əbədiləşdirilməsi təklif olunub

Bu il Bakının işğaldan azad olunmasında müstəsna xidmətləri olan Nuru Paşanın ölümünün 75, doğumunun 135-ci ildönümüdür.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, artıq Nuru Paşanın Bakıda adının əbədiləşdirilməsinin zamanı çatıb: “Onun Bakının yaxşı yerlərindən birində adı əbədiləşdirilsin, adına küçə verilsin”.