Zelenski Moskvadakı terrordan danışdı: Ruslar həmişə...

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvadakı terror aktını Ukrayna ilə əlaqələndirməyə çalışdığını bildirib. 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial media hesabında paylaşdığı videomüraciətində Ukrayna vətəndaşlarına müraciət edib.

Zelenski çıxışında Putinin cümə günü paytaxt Moskvadakı “Crocus City Hall” konsert salonunda terror aktını törədən şəxslərin Ukraynaya doğru qaçmağa çalışdıqları barədə açıqlamasını dəyərləndirib.

Putin və digər Rusiya rəsmilərinin hücumda Ukraynanı günahlandırmağa çalışdıqlarını və daha əvvəl də oxşar addımlar atdıqlarını qeyd edən Zelenski, “Ruslar həmişə eyni üsullardan istifadə edir”- deyib. 

Zelenski Putini  Ukraynaya qarşı  hücumlarda ittiham edib: “Yüz minlərlə terrorçunu buraya, Ukrayna ərazisinə qovublar, bizə qarşı döyüşürlər və öz ölkələrində baş verənlərlə maraqlanmırlar".

Rusiya xalqının Ukraynada həlak olan rus əsgərlərinə görə Putindən hesab sormadığı müddətdə Putinin bu vəziyyətdən öz xeyrinə istifadə edəcəyini qeyd edən Zelenski , “Terrorçular hər zaman uduzmalıdırlar, həyatı həqiqətən müdafiə edən hər kəsə təşəkkür edirəm” deyə bildirib.