Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib

Qarabağı tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər edirlər.

APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Qarabağı tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradan hərəkətlər edir, mühacirətdə hökumət elan edir və s. addımlar atırlar.

Baş nazir qeyd edib ki, Ermənistan mühacirətdə olan belə bir "hökuməti" tanımır.

“Mən çox aydın şəkildə bildirmək istəyirəm ki, Ermənistanda hökumət var və bu hökumət bu salonda oturur", - Nikol Paşinyan hökumətin bugünkü iclasında qeyd edib.